Donald Tramp bütün insanlıq üçün təhlükəlidir – Boliviya prezidenti
Bizimsesimiz.info // ABŞ Prezidenti Donald Tramp bütün insanlıq üçün təhlükədir.
SalamNews “Rosbalt”a istinadən xəbər verir ki, bu sözləri öz “Tvitter” səhifəsində Boliviya Prezidenti Evo Morales paylaşıb.
Morales ABŞ lideri Donald Trampı tənqid atəşinə tutub:
“Yeni qeyri-qanuni sanksiyaları ilə ABŞ Venesuela ilə dialoqu baykot eləməyə çalışır. Tramp dünya və bütün insanlıq üçün ən dəhşətli təhlükədir”, – deyə o yazıb.