Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı tarix açıqlandı

Bizimsesimiz.info  // ABŞ prezidenti Donald Tramp dekabrın 6-da edəcəyi çıxışda Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyacaq.

Bu barədə etibarlı mənbəyə istinadən “Axios” saytı məlumat verib.

“The Israel Times” qəzeti Ağ Evin mətbuat xidməti ilə əlaqə yaradaraq mövzu ilə bağlı münasibəti öyrənib. Mətbuat xidmətindən bu barədə xəbərlərin tam dəqiq olmadığı, Donald Trampın bu mövzuda düşündüyü bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə dünya mediasında ABŞ-ın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyacağı istiqamətində məlumatlar yayılıb. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.