Dövlətin malı dəniz !

Vəzifə stolları digər stollardan həmişə fərqli olur…

Bir dövlət qurumunun sosial təsisatlarına getsəniz məsələn, yemək üçün restoranına girsəniz, müdir masası,idarəçi masası ayrıdır hər zaman. Masa üzərində yazılar üstəlik, “rezerv olunub”. Onların gecələmə ehtimalına qarşı on dənə otaq heç kimə verilməz. Siz soruşduqda “yer yoxdur” olar.

Dövlət dairəsində personal servisi varsa, ön oturacağa müdir oturar, ya da onun öz avtomobili olar. Məmursunuzsa, çalışdığınız qurumun yaşayış lojası varsa, hər vaxt müdir olanlar öncəliklidir, ya da onlar üçün ayrı lojalar zatən vardır. Böyük lojalar həmişə onlar üçün saxlanılar məsələn.
Bir sosial təsisatda səhər yeməyi qəlyanaltısı edərkən görərsiniz, siz öz boşqabınızı özünüz doldurarkən, onlar üçün masalara qəlyanaltılar hazırlanar, servislər açılar,xidmətlər göstərilər. Mövcud menu ilə də kifayətlənməzlər, sən qaynadılmış yumurta yeyə bilərkən, onların masasına xüsusi olaraq mis tavalarda bişmiş omletlər gələr.

Bir yerdə idarəçi stolunda  oturursunuzsa, dövlətin tanıdığı imkanları məsuliyyətsizcə,ehmalkarlıqla istifadə etmək ən təbii haqqınızmış kimi olar. Qanun nə deyər,idarəçilik nə deyər baxılmaz.

Öz avtomobilinə qalsa, benzin işlətməməsi üçün işə şəhər avtobusuyla gedib-gələcək insanlar, xidməti avtomobillə günorta fasiləsində belə evinə gedib-gələr,dayələrini evdən götürüb evlərinə ötürərlər,övladlarını məktəbə aparıb-gətirərlər və daha nələr,nələr. Bəlkə də haqlarıdır, yazılmışdır bir nizamnamədə,idarəçilik qaydalarında filan?Əgər elədirsə,öncədən üzr istəyirəm.

Öz evindəki mebelləri öz vəsaiti ilə dəyişdirəsi olsalar,ailələrilə illərlə çənə-boğaz döyən adamlar, söhbət olduqları vəzifədəki məkanın mebellerindən gedərsə, kataloqlardan ən yaxşısını,ən lüyksunu,ən gözəgəlimlisini seçib, bir qələmdə imzalaya bilərlər o qəbzləri.

İctimai qurumlarda hər divarda “Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir”. yazılır amma “Vəzifəsini ən yaxşı görən, dövlətin imkanlarını son damlasına qədər işlədəndir” deyə anlaşılır ,deyəsən. Dövlətin imkanlarını istifadədə həssas davrananlara sözümüz yox ,əlbəttə, sayları az da olsa varlar…

Hamımız bir-birimizə bənzəyirik. “Bal tutan barmağını yalayar” atalar sözüylə böyüyən adamlarıq.Fürsət düşmüşkən o ballı barmaqlarımızı tez-tez sormağa çalışarıq.
İdarəçi dövlətin imkanlarını özünə sərf edən şəkildə istifadə edərkən, məmur və ya işçi fərqlidirmi? O da öz çapında vaxtdan oğurlayar, əlindəki imkanlardan özünə sərf edən şəkildə öz mənfəətinə işlədər.Məsələn: günorta fasiləsində öz kefində olub iş vaxtı başlayınca namaz qılmağa getmək kimi,ofisdəki rəngli printeri öz şəxsi işlərində işlətmək kimi, “Dövləti mənmi qurtaracağam?” deyib vecsizlik etmək kimi… Fürsət verilsə,məmur da, ən yuxarıdan ,ən aşağı statuslusunadək işçi də ən əlasından edəcək,edə biləcəyi vecsizliyin….

İdarəçi istismar edib işlətdiyi avtomobildən hesaba çəkilərkən, məmur da istismar edib işlətdiyi qələmdən hesaba çəkiləcək!

Məhkəməyə, Hakim qarşısına oğru olaraq çıxarıldıqdan sonra, nə fərq edər ki!!!

Müəllif: Xəlil İbrahim Sərt
Tərcümə etdi:Əsmər Nurəliyeva

3 COMMENTS

  1. Treatment with TAM resulted in a significant reduction in incidence of mammary tumors, but also a 3 fold increase in the percentage of these tumors that showed hormone independence after ovariectomy as compared with that of control rats can doxycycline treat bv Flow cytometry using Annexin V FITC staining shows that AKBA increases apoptosis of U251 a and U87 MG b cells

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir