Dünyada 100 nəfərdə olan xəstəlik – “Yaşayan ölü”

36 yaşlı Varren Makkinli dünyada təxminən 100 nəfərdə müşahidə olunmuş “Kotard” sindromu barədə danışıb.

Axar.az xəbər verir ki, ağır motosiklet qəzasından sağ çıxan əsgər Makkinli artıq mövcud olmadığını düşünüb. O, hətta ehtiyacı olmadığını düşündüyü üçün yemək yeməyi belə dayandırıb.

“Mütləq bir boşluq, qaranlıq bir yer, öldüyümə inanırdım. Terapevtlər mənimlə danışmağa çalışırdı. Mən isə ölmüş bir insanın sağalmağa ehtiyacı qalmadığını düşünürdüm”, – Makkinley deyib.

Makkinliəvvəllər belə xəstəliyə yoluxmuş, lakin sonradan sağalan bir nəfərlə tanış olduqdan sonra həyatının dəyişdiyini bildirib.

Qeyd edək ki, “Kotard” sindromuna tutulan şəxslər ölü olduqlarına, orqanlarının yox olduğuna və ya çürüdüyünə inanırlar. Bu tip xəstələrə Çin, Hindistan, Meksika, ABŞ, Danimarka və İsveçdə rast gəlinib.

Meksikada 55 yaşındakı bir xəstə xəstəxanaya aparıldıqdan sonra təcili yardım həkimi tərəfindən gözlərinin və ürəyinin çıxarıldığını bildirib. Portuqaliyada bir qadın isə ərinin qəfil ölümündən sonra yemək yeməyi dayandırıb. Qadın daha sonralar qida borusu və mədəsinin bir birinə yapışdığını iddia edib. 19 kiloqram itirdikdən sonra isə xəstəxanada dünyasını dəyişib.

İngiltərədə isə bu xəstəliyə düçar olmuş bir qadın bədəninin çürüdüyünü və ayaqlarının qopduğunu söyləyərək xəstəxanaya müraciət edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.