Dünyanın ən çox gəlir əldə edən klubları – siyahı
“Deloitte” şirkəti ötən mövsümün ən çox gəlir əldə edən klublarının siyahısını tərtib edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar” ötən mövsüm 676.3 milyon avro qazanıb. “Real” ikinci (674.6 milyon), “Barselona” üçüncü (648.3 milyon) üçüncü olub.
İlk “20-lik”də İngiltərə Premyer Liqasının 10 klubu qərarlaşıb.
1. “Mançester Yunayted” – 676.3 milyon avro
2. “Real” – 674.6 milyon
3. “Barselona” – 648.3 milyon
4. “Bavariya” – 587.8 milyon
5. “Mançester Siti” – 527.7 milyon
6. “Arsenal” – 487.6 milyon
7. PSJ – 486.2 milyon
8. “Çelsi” – 428 milyon
9. “Liverpul” – 424.2 milyon
10. “Yuventus” – 405.7 milyon
11. “Tottenhem” – 355.6 milyon
12. “Borussiya” (Dortmund) – 332.6 milyon
13. “Atletiko” – 272.5 milyon
14. “Lester” – 271.1 milyon
15. “İnter” – 262.1 milyon
16. “Şalke” – 230.2 milyon
17. “Vest Hem” – 213.3 milyon
18. “Sauthempton” – 212.1 milyon
19. “Napoli” – 200.7 milyon
20. “Everton” – 199.2 milyon
Qeyd edilib ki, 2015/16 mövsümü ilə müqayisədə ilk 20 klubun ümumi qazancı 7,9 milyard avro artıb.