Dünyanın iki məşhur almazı hərracda satıldı

Bizimsesimiz.info  // Fransa krallarının taclarını bəzəyən “La Grand Mazarin” adlanan 19 karatlıq çəhrayı almaz İngiltərənin paytaxtı Londonda hərracda 14 milyon 500 min dollara satıldı.

Almazı kimin aldığı barədə isə məlumat verilmədi.

Cənubi Hindistanın Golconda bölgəsindəki tarixi mədənlərdən çıxarılan almaz 1661-ci ildə Fransa kralı 14-cü Louisyə hədiyyə edilmiş və o tarixdən bəridir Fransız monarxiyasında bir çox kralın tacını bəzəmişdi.

Londandakı hərracda 2016-cı ildə Anqolada çıxarılan və Amerikada işlənən 163 kratlıq, dünyanın satış üçün təqdim edilən ən böyük ağ rəngli almazı isə 33 milyon 700 min dollara satılmışdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.