Dünyanın ilk hicablı manekeni İstanbulda- FOTO

Bizimsesimiz.info  // Dünyanın ilk hicablı manekeni (top-model) Somali əsilli Amerika Birləşmiş Ştatları vətəndaşı Həlimə Ədən xüsusi bir defilədə iştirak etmək üçün İstanbula gəlib.

Fransanın paytaxtı Parisdən Türkiyəyə gələn Həliməni hava limanında pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. Həlimə heyranları ilə şəkil çəkdirib.

Hicablı maneken Həlimə Ədən stilist Rəşid Bağzıbağlının ona xüsusi hazırladığı “Desert Dream” kolleksiyası ilə 26 martda İstanbulda özəl defilədə podiuma çıxacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir