Hollivudun tanınmış aktyoru Kirk Duqlas 103 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu məlumatı oğlu, dünya şöhrətli aktyor Maykl Duqlas təsdiqləyib.
“O, bütün dünya üçün əfsanə, kinonun qızıl çağlarının aktyoru idi”, – Maykl deyib.
Kirk Duqlas 1916-cı ildə Nyu Yorkda yəhudi ailəsində anadan olub. Ona İser Daniloviç adı verilib. “Spartak” və “Detektiv əhvalat” filmlərindəki, eləcə də Broadveydəki rollarına görə böyük tamaşaçı kütləsinin sevimlisi olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here