Hər gün istifadə etdiyimiz əşyaların elə funksyaları var ki, onların nəyə yaradığını anlamırıq.

Moderator.az düzgün istifadə qaydasını bilmədiyimiz 7 əşyanı sizə təqdim edir:
1. Hər kəsin istifadə etdiyi qələmlərin qapaqlarının başındakı o dəliyin nə üçün olduğunu heç düşünmüsünüzmü?
Bu dəlik əslində boğulma riskini azaltmaq üçün qoyulub. Körpə uşaq bu qapağı udarsa, o dəlik nəfəs yolunun tamamilə tutulmasının qarşısını alır.
2. Gündəlik geydiyimiz idman ayaqqabılarındakı dəliklərin mənsız olduğunu düşünürsünüzsə səhv edirsiz. Bu dəliklərin məqsədi ayaqları havalandırmaqdır. Eləcədə uzun olan bağlar üçün də istifadə etmək olar.
3. Ayaqqabı və dərmanlardan çıxan, üzərində “dərman deyil” yazılan xırda ağ dənəciklərlə dolu paketlərin əsas anlamı çıxdığı qutunu nəmdən qorumaqdır.
4. Çipsi paketindəki hava nə üçündür? İstehsalı, daşınması, yerləşdirilməsi… Bu mərhələləri keçərkən çipsilər əzilə bilər. Bunun üçün istehsalçı şirkətlər paketlərə əlavə hava doldurur.
5. Mazların və kremlərin başındakı tikanabənzər çıxıntı. Qapağı açandan sonra kremin ağzındakı alüminium təbəqəni rahatlıqla deşməkdə sizə kömək ola bilən vasitədir.
6. Şüşələrin qapağındakı dairəvi halqa. Bu halqa qapağın rahatlıqla açılmamasına xidmət edir. Çünki əksər insanlar qapağı açarkən bu işə ani güc sərf edir və bu zaman qazlı içkilər qapaqdan çölə dağılır.
 7. İctimai tualetlərdəki qısa qapılar. Xoşagəlməyən hadisələr zamanı tualetdə kimin olduğunu, kimin yardıma ehtiyacı olduğunu və tualetə girişi asanlaşdırır. Əks halda tualetdə ürəyi gedən, huşunu itirən bir şəxs olarsa, saatlarla kimsənin ondan xəbəri olmaz.
Dursun Tağıyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here