Egey dənizində Türkiyə gəmisi atəşə tutulub
Bizimsesimiz.info // Egey dənizində Türkiyə bayrağı altında üzən gəmi atəşə tutulub. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstan sahil-mühafizə xidmətinin gəmisi Türkiyə bayrağı altında üzən yükdaşıyan gəmiyə xəbərdarlıq atəşi açıb. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.