Detektiv romanları ilə tanınan Elbrus Kəlbiyevin növbəti-5-ci kitabı çapdan çıxıb. Qeyd edək ki, Elbrus Kəlbiyev “Şahmat qaydaları ilə QƏTL” , “Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi” , “Şeytan ruhunun ləpiri”  kitablarının müəllifidir. Bu dəfə detektiv yazıçı “Utancaq qatil” romanı ilə oxucularının görüşünə gəlib. Yazıçının Kitabevim.az-da imza günü keçirilib. İmza günü sual-cavabdan sonra kitab imzalanması və xatirə şəkillərinin çəkilməsi ilə davam edib. Sonda E.Kəlbiyev oxucularının diqqətini həmişə hiss etdiyini, buna görə onlara minnətdar olduğunu bildirib və qeyd edib ki, nə qədər sağlamlığı imkan verir ,yazacaq, yaradacaq.

Elbrus Kəlbiyevin kitablarını kitab mağazalarından əldə edə bilərsiniz.

Onlayn sifariş də mümkündür. (Əlaqə nömrəsi : 077 -308- 01-33)



www.AzadMedia.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here