Bizimsesimiz.info xəbər verir ki, KXCP Təşkilat Şöbəsinin keçmiş müdiri Elşən Həşimov keçmiş təşkilatına qarşı yönələn ittihamlara cavab olaraq sosial şəbəkədə geniş münasibət bildirmişdir. Həmin yazını oxucularımıza təqdim edirik.

Oktay Gülalıyev son statusunda cidd-cəhdlə sübut etməyə çalışır ki, ölkədə ondan və “Yurd”çulardan başqa müxalifətçi yoxdur. Güya o, partiyada dəyişim istəyir, buna görə də hamı ona qarşı çıxır.
Oktay, yəqin unutmusan, axı başqalarının əlində oyuncaq olanların yaddaşı olmur. Mən sənə bir yaxşılıq edim, yaddaşını təzələyim. Hələ 2000-ci ildə bizlər “Yurd”çuları təşkilatımızdan Elçibəyə xəyanət etdiyinə görə qovmuşuq. O “Yurd”çuları ki, səni ağlada-ağlada partiyadan qovmuşdular. Səni o zaman bu gün böhtan atdığın bizlər müdafiə etdik. Yəqin onu da bilməmiş deyilsən, bu gün qoltuğuna sığındığın “Yurd”çuların lideri hələ bir neçə günlük Dövlət katibi olanda öz prezdentinə hansı xəyanəti edib.
Deyək ki, bundan xəbərin yoxdur, (baş “Yurd”çudan soruşmaq cəsarətin varsa soruşa bilərsən, axı indi çox yaxın dostsunuz.) bəs Elçibəy Türkiyədə xəstə yatanda öz əli ilə Bəyin xəstəliyilə bağlı əxlaqsız yazılar yazıb hakimiyyətdən aldığı pullarla saxladığı qəzetlərdə başqa imzalarla çap etdirməyindən də xəbərin yoxdur?
Çox mübarizə-mübarizə deyirsən, hakimiyyətin icazə verdiyi yerdə və hakimiyyətin icazə verdiyi sayda mitinq keçirmək nə vaxtdan mübarizə sayılıb? Sən doğrudanmı hesab edirsən ki, Elçibəyçilər baş “Yurd”çunun mitinqində iştirak etməlidirlər?
Oktay deyə bilərsənmi, bir vaxtlar Elçidəyə xəyanət etdiyinə görə “Yurd”çularla yox, Elçibəyçilərlə bir arada olan Oktayı Əlinin qoltuğuna sığınmağa nə və ya kim məcbur etdi?
İndi də gələk sənin “KXCP-dəki dəyişim arzuna”. Bilirsən ki, mən KXCP-də Ali Məclis sədrinin rəhbərlik etdiyi bir qrupun (İdarə Heyətindəki qrupu nəzərdə tuturam) pozucu fəaliyyətinə qarşı mübarizə apardığımız zaman partıya sədrinin tutduğu mövqeyə etiraz edərək bu ilin fevral ayının 1-də partıyadan istefa vermişəm. Yəqin onu da bilməmiş deyilsən ki, mənim sədri olduğum şöbə partıyamızın fəal şöbələrindən biri idi. Oktay, bütün yazılarında partıyamızın işində yaxından iştirak etməyindən danışırsan, sənin yadına salım ki, bu yazının müəllifi 1 il 7 ay partıyanın Təşkilat şöbəsinin müdiri olub. Sənin bu 1 il 7 ay müddətində partıyadakı fəaliyyətin 3 aydan bir Ali Məclisin yığıncaqlarına qatılmaqdan ibarət olub. Bu müddət ərzində səni partıyanın Təşkilat şöbəsindən dəfələrlə tədbirlərə dəvət etsək də sən partiyanın heç bir tədbirinə qatılmadın. Hətta tədbirlərimizin vaxtı “Yurd”çuların tədbirilə üst-üstə düşəndə sən “Yurd”çuların tədbirinə qatılmağa üstünlük verdin. İndı özün de sənin bu partiyanın sədrliyinə namizəd olmağa mənəvi haqqın varmı?
Sən bilərsən, yuxarıda qeyd etdiyim, partiyanın Ali Məcilis sədrinin rəbərlik etdiyi İdarə Heyətindəki pozucu fəaliyyətlə məşğul olan qrup bu gün nədən sənin tərəfdarına çevirilib?
“Xalq Cəbhəsinin ”Yurd” həqiqətləri ” kitabının müəllifini “Yurd”çularla birləşdirən nədir və ya kimdir?
Bir də deyirsən ki, partiyada demokratiya sədr tərəfindən pozulur. Yox Oktay, həmişə olduğu kimi yenə səhv edirsən. Mən deyərdim ki, KXCP-də sədr tərəfindən demokratik şəraitə o qədər geniş imkan yaradıldı ki, sən və səni partiya daxilində dəstəkləyən məlum qrup bunu anarxiya kimi başa düşüb, pozuçuluq fəaliyyətini bir qədər də genişləndirdi.
Bütün baş verənlərə baxmayaraq mən inanıram ki, KXCP-nin böyük əksəriyyətini təşkil edən Elçibəyçilər hakimiyyətin və onun “Yurd”çu havadarlarının Elçibəyin təşkilatını parçalamaq arzusunu ürəyində qoyacaqlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here