“Eldar Mahmudovun ətrafındakı həlqə daralmaqdadır”
Bizimsesimiz.info // Xəbər verdiyimiz kimi eks MTN şefi Elad Mahmudovla bağlı məhkəmə prokurorluğa təqdimat göndərib. Maraqlıdır, Eldar Mahmudov həbs olunacaqmı?
Hüquqşunas Namizəd Səfərov məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:
“İstintaq orqanları üçün cinayət törətmək həbs olunmaq üçün heç də, başlıca şərt deyil. İstəsələr, lazım bilsələr vətəndaşı həbs edər, lazım bilməsələr azadlıqda, lakin eyni zamanda asılılıqda saxlayarlar. Eldar Mahmudovun da həbs olunması, onun törətdiyi cinayətlərdən deyil, göstərdiyim hallardan asılıdır. E.Mahmudovun, tabeçiliyində olub, bu gün törətdikləri ağılasığmaz cinayətlərə görə müttəhimlər kürsüsündə oturan şəxslərlə əlbir olduğuna heç kim şübhə etmir. Düşünürəm ki, Mahmudov gec-tez həbs olunacaq. Belə ki, bu məsələ artıq ölkədə kifayət qədər geniş yayılmış mübahisələrə səbəb olub. Hakimiyyət daxilində də, onun həbs olunmasını tələb edən qüvvələr var. Məhkəmənin onun barəsində xüsusi qərar çıxarması da, çox şey deyir. Hər bir halda onun ətrafındakı həlqə daralmaqdadır. Digər tərəfdən, bu qədər iri miqyaslı cinayətlərdə əli olmuş birisini məsuliyyətdən kənarda saxlamaq da, o qədər asan məsələ deyil.”