İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elektron siqaretin insan orqanizmi üçün zərəri ilə bağlı xəbərdarlıq edib.

Bizimsesimiz.info xəbər verir ki, elektron siqaretin tütün məhsulu kimi insan orqanizminə zərərli olduğu bildirilib.

Məlumata görə, qəbul edilən nikotin ürək-damar sistemi, ağciyər xəstəlikləri və digər problemlərin yaranmasına səbəb olur: “Bu, eləcə də ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Yeniyetmə və gənclərdə beynin inkişafına mənfi təsir göstərir. Orqanizmdə maddələr mübadiləsinin pozulmasına zəmin yaradır. Sağlamlığınızı qorumaq üçün tütün məhsullarından və elektron siqaretlərdən uzaq durun”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here