Elmlər Akademiyası avtomobillərini satışa çıxardı
Bizimsesimiz.info // Əmlak Məsələləri Dövlət Komitəsi alınmadığı üçün təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edib.
Komitədən Axar.az-a verilən əlumata görə, siyahıda Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin satışa çıxardığı avtomobilər də var.
QAZ-270500, “Opel Omeqa”, “Doğan-S” markalı avtomobillər AMEA-nın hərracda satmaq istədiyi nəqliyyat vasitələridir ki, qiymətləri 1700 manatla 1200 manat arasında dəyişir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti də hərracda 2005-ci ilin Mitsubişi L 200 avtomobilini 3750 manata satışa çıxarıb. Azərsu ASC Birləşmiş Sukanal MMC isə KamAZ və QAZ-270500 avtomobillərini hərraca təqdim edib.
Hərrac avqust ayının 29-da keçiriləcək.