Bizimsesimiz.info  // Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) vә İran prezidenti Hәsәn Ruhani arasında telefon danışığı olub.

Bu barәdә Yelisey sarayından verilәn mәlumatda bildirilib. Mәlumata görә, tәrәflәr Suriyadakı humanitar vәziyyәti müzakirә ediblәr.

Danışıq zamanı Makron Şərqi Qutadakı dinc sakinlәrә tәşkil edilәn hücumların dayandırılması üçün iranlı həmkarından Suriya rejiminә  təzyiq etməyini istəyib.

Fransa tərəfi həmçinin Şәqi Qutaya humanitar yardımların çatdırılmasının vacibliyini bildirib.

Makron və Ruhani Suriyada atəşkәsin tәmin olunması və humanitar yardımların çatdırılması ilə bağlı razılığa gəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here