Bütün ermənilərin katolikosu birinci Aram 2021-ci ili “artsax ili” elan edib.

Bizimsesimiz.info xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi deyib.

“Klikiyada oturub ermənilərə göstəriş verən, xalqının, ölkə başçısının acı məğlubiyyətindən utanmayan bu “din xadimi” indi də 2021-ci ili “artsax ili” elan edib.

Bir ölkənin ki dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağırır, ondan və ya o xalqdan nə gözləyəsən? Yəqin ki, bu çağırışın mənasının nə olduğunu izah etməyə ehtiyac yoxdur.

Bu, erməni xalqının günahıdır ki, özünə düzgün “lider” və ya “dini lider” seçməyib”, – İ.Tanrıverdi bildirib.

Mənbə: musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here