Ermənilərin həyasızlığı sərhəd tanımır – Bu dəfə dahi alman bəstəkarı erməni adlandırıldı – VİDEO

Ermənilərin uydurmaları artıq sərhəd tanımır. Hər zaman Azərbaycanın musiqi alətlərini, mahnılarını, müxtəlif əsərlərini, hətta milli yeməklərini oğurlayaraq öz adları ilə tanıtmağa çalışan bədnam qonşularımız bu dəfə daha da irəli gedərək dünyaya meydan oxuyublar.

Xezerxeber.az-ın məlumatına görə, ermənilər bu dəfə İohan Sebastian Baxın erməni olduğunu iddia ediblər.

Rusiyanın Sputnik internet kanalında yayımlan bir görüntüdə Maruk Anutunyan adlı musiqi alətləri düzəldən usta, emalatxanasının boyundan böyük bir ismarıcı dünyaya yollayır. Erməni musiqiçi, alman klassik musiqisinin banilərəndən olan İohan Sebastian Baxın erməni olduğunu arsız şəkildə iddia edərək, özünü gülünc vəziyyətə salır.

Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Əyyub Quliyevin sözlərinə görə, ermənilərin bu iddiasi İohan Sebastian Bax yaradıcılığına təhqirdir.

Milli mədəniyyətimizə göz dikən, məxtəlif əsərlərimizi öz adına çıxarmaq üçün tarixi saxtalaşdıran, əfsanələr uyduran, işi-peşəsi yalan yaymaqdan başqa bir şey olmayan ermənilərin belə addımları bizə çoxdan bəllidir. Erməni musiqiçinin əsassız açıqlaması isə bir daha onların tamahkar sımasını dunyaya göstərdi.

Sonda məsələnin bir başqa tərəfinə də toxunmaq yerinə düşər. Ermənistanın ucuz ideyalarını yayan kütləvi informasiya vasitələri ən azından Vikipediyaya daxil olaraq informasiyaları incələməli və bu tip məlumatlarla peşəkarlıq adına kölgə salmamalıdırlar.

Bizimsesimiz.info  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir