Ermənilərin “oğlan övlad” sevdası – alman mediasının məqaləsi

Almaniyanın “Tagesspiegel” qəzeti Ermənistandakı qız uşaqlarının və qadınların acı taleyindən yazdı

“Erməni cütlüklər uşaq gözləyən zaman onun mütləq oğlan olmasını arzularlar. Əks halda bir çox qadınlar qeyri-qanuni olaraq hamiləliklərini yarıda kəsir, həkimlər və apteklər isə onlara bu məsələdə canla-başla yardım edirlər”.

Almaniyanın “Tagesspiegel” qəzetinin yazarı Şaqan Xaçaturyanın yazısı bu cümlələrlə başlayır.

“Ermənitanda 3 milyona yaxın adam yaşayır. Lakin valideynlər ana bətnindəki embrionun qız olduğunu öyrənən kimi dərhal hamiləliyə son verirlər. Arzu olunmayan qız uşaqlarından ya evdə, ya da xəstəxanada dərhal qurtulurlar”, – məqalədə qeyd olunub.

Müəllif bu məqsədlə Dünya İqtisadi Forumunun hesabatını də dəlil olaraq gətirir. Həmin hesabata görə, Ermənistanda doğuşlarda gender ayrı-seçkiliyi dünyanın ən dəhşətli statistikalarından bir sayılır. 144 ölkə içində Ermənistan Çindən sonra 2-ci yeri tutur!

“Oğlan uşaqlarına məhəbbət patriarxal cəmiyyətlər üçün xarakterik xüsusyyətdir. Erməni cəmiyyətində oğlan ailənin varisidir, o atasının soyadını daşıyır və onun əmlakına sahib çıxır. Qızı isə onsuz da bir gün ata evini tərk edəcəyi düşüncəsi ilə özgə kimi baxırlar”, – “İrəvan qadın resurs-mərkəzi” ictmai təşkilatından Anuş Poqosyan müəllifə situasiyanı izah edib.

Şaqan Xaçaturyanın reportajının qəhrəmanlarından biri, Arevik Minasyan vaxtilə əri ilə problem yaşamamaq üçün qız uşağının doğumundan vaz keçdiyini deyir. “Qadın öz doğulmamış qzından elə danışır, sanki sözləri ilə onu yenidən yaralayacaq”, – jurnalist yazır.

Abortdan sonra Arevikin sağlamlığı tamamilə pozulub və o bir daha uşaq dünyaya gətirə bilmir. “Bu gün vaxtilə doğulmayan uşağımdan ötrü mübarizə aparmadığım üçün utanıram”, – qadın danışır.

Anuş Poqosyanın fikrincə, cinslər arasında qeyri-bərabərlik aşağı gəlirli cəmiyyət və kasıb əhali üçün xarakterik xüsusiyyətdir. Kişilərə işdə daha çox pul ödənilir, qadınlar isə onlardan maliyyə cəhətdən asılı vəziyyətdə qalır. Ermənistanda qanunla cinslərarası bərabərlik təsbit edilsə də, real həyatda qadınlar güclü diskriminasiyaya məruz qalırlar. Ona görə də ailədə qız uşağı burada olduqca faydasız hesab olunur.

Məqalədə problemin Ermənistanda doğum statistikasına təsir etdiyi qeyd olunub:
“Statistika idarəsinin məlumatlarına görə, 2000 və 2005-ci illərdə doğulan uşaqlar arasında cinsi fərqlilik daha çox üzə çıxıb. Belə ki, həmin il 100 qız uşağına qarşı 120 oğlan dünyaya gətirilib”.

Müəllif bu cür statistikanın ancaq qadınlarla ticarət və fahişəliyin yuxarı dərəcədə olduğu Çin və Nepalla müqayisə edilə bilindiyini yazıb. Bundan başqa, 90-cı illərdən etibarən uşağın cinsiyyyətinin tez müəyyən edilməsinin də abortların artışında rol oynadığı qeyd olunur.
“Ermənistanda Almaniyada olduğu kimi, 12 həftədən sonra abort etdirmək qadağandır. Bu səbəbdən qadınlar qeyri-qanuni yollara baş vururlar. Onlar bunu hətta özləri də etməyə cəhd edirlər. Daha sonra onlar qısırlaşır və bəzi hallarda da ölürlər”, – Anuş Poqosyan bildirir.

Müəllfin qeyd etidiynə görə, Ermənistanda qadınlar abort üçün ən çox mədə xorasına qarşı istifadə edilən dərmanlar qəbul edirlər….

Musavat.com

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.