Ermənilərin Şamaxıda törətdikləri soyqırımı hadisələrindən 103 il ötür.

18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutublar.

1918-ci ilin yazında ermənilərin törətdikləri qaniçənlikdən ən çox zərər çəkən şəhərlərdən biri Şamaxı və onun kəndləri olub.

Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır, mülki əhalini qəddarlıqla öldürüblər. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar.

Gecə müsəlmanlar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır, yanğınlar bütün bölgəyə yayılır və o biri günün səhərinə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır.

Ermənilər insanları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyidlərdən qalaqlar yaranır.

Qaniçən ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq, işgəncə ilə həyata keçirirlər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyidləri atılmışdı. Onların döşləri kəsilmiş və ən çirkin üsullarla təhqir olunmuşlar.

Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyidləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarətlə talan olunmuş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki vəhşilikləri bir neçə gün davam edir.

Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min soydaşımız qətl edilib.

Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Həmin vaxt qəzada 120 kənd olmuşdur ki, bunlardan da 86-sı soyqırımına məruz qalıb.

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdı. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinə tamamilə od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı.

Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here