Bizimsesimiz.info // “Allah Zəhra balaya da, onun nənəsinə də rəhmət eləsin. Həmişə demişəm və indi də deyirəm ki, bizim düşmənlərimiz çox məkrli, alçaq və hiyləgərdilər və bunu başqa cür də yoza bilmərəm. əgər düşmənin prezidenti deyirsə ki, atılan mərmi uşaq-qoca bilmədən öldürür, deməli, bu, onların xislətidir, siyasətidir. Ona görə də mən erməninin körpə Zəhra balanın və nənəsinin məzarı üzərinə aparılmasını təhqir kimi qəbul edirəm. Körpənin məzarına aparılan o erməni qadın bəlkə də ürəyində şadlıq edirdi”.

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov Oksana Altunyan adlı erməni qadının iyulun 4-də qətlə yetirilmiş 18 aylıq Zəhranın məzarına aparılmasından danışarkən səsləndirib.

İ.Həmidov onu da deyib ki, ermənini Zəhranın məzarına aparmaqla mənim ölülərimi təhqir etdilər:

“Mən qucağımda yüzlərlə, minlərlə insan can verib, ölüm görmüşəm, qan görmüşəm. Amma o körpənin ölümü mənə Xocalı soyqırımı qədər pis təsir elədi. Nəvənin nə olduğunu mən bilirəm, o üzdən nəvə itirməyin də necə dəhşətli olduğunu təsəvvür edirəm. Zəhrayla nənəsinin ölümü mənə necə təsir edibsə, səhərə qədər yata bilmirəm, əsəbdən partlıyıram. İnanın ki, deməyə söz belə tapmıram. Elə bilirəm ki, erməni qadının o məzara gətirilməsiylə mənim ölülərimi, dirilərimi təhqir etdilər. Xatırlayırınızsa, başda Sarkisyan olmaqla erməni tərəfi heç həmin hadisəyə görə bizdən üzr də istəmədi”.

Sabiq nazir vurğulayıb ki, erməni ilə bizim aramızda heç zaman dostluq münasibətindən söhbət gedə bilməz:

“Bizim millət rəhmli millətdir, ürəyimizdə Əli rəhmi var, həmişə qadın-uşaq ölümünün əleyhinə olmuşuq. Ancaq bu o demək deyil ki, biz qanımızı, qisasımızı almamalıyıq. Qanımızı tökən, canımızı alan insanla necə dostluq edə bilərik, necə yaxınlaşa bilərik? Bəyəm ölən körpə bizim övladımız, nəvəmiz deyilmi? Məgər erməni əsirliyində olan Şahbazla Dilqəm bizimki deyilmi? Dilqəmlə Şahbaza verilən işgəncələrdən mənim yaxşı xəbərim var. Dağ boyda oğlanları görün nə hala salıblar. Biz biryolluq bilməliyik ki, erməni bizim tarixi düşmənimizdir, bizi heç zaman sevməyiblər, heç zaman da sevməyəcəklər. Erməni tarix boyu bizi qırıb, tarix boyu bizə qarşı soyqırımlar törədib. Ona görə də bu məsələni biryolluq həll etməliyik, düşmənin kökünü kəsməliyik. 1947-ci ilə qədər İrəvanda 1 milyondan çox soydaşımız yaşayıb, amma indi bir nəfərimiz belə yoxdur orda. İrəvanı, Göyçəni, Zəngəzuru, Qarabağı aldılar. İndi bunlardan bizə necə dost ola bilər axı. Düşmənlə düşmən dilində, silah dilində danışmaq olar ancaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here