Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər
Bizimsesimiz.info // Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər.
SalamNews-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bugünlərdə hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.
Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.
Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.