Ermənistan-Türkiyə protokolları ləğv ediləcək – Ermənistan XİN rəhbəri
Bizimsesimiz.info // Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2018-ci ildə Ermənistan-Türkiyə protokollarının ləğv ediləcəyini açıqlayıb.
SalamNews-un “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama verən Nalbandyan gələn ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacaqlarını bəyan edib.
“Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə başlanan normallaşma prosesi 2009-cu ilin oktyabrında Sürihdə protokolların imzalanmasına səbəb oldu. Lakin indiyə qədər bu protokollar ratifikasiya olunmayıb, çünki Türkiyə protokolların ruhuna və mətninə zidd əsassız şərtlər irəli sürdü”, deyə o bildirib.