Bizimsesimiz.info // Ermənistana almalar, duz və çay aparılması ilə bağlı qalmaqallardan sonra orada Azərbaycan istehsalı olan quru südün idxalı cəhdinin qarşısı alınıb.

arka.am bildirir ki, bu haqda jurnalistlərə bu gün Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin sədri Vardan Arutunyan məlumat verib. O qeyd edib ki, məhsul ekspertizaya göndərilib, günahkarlar cəzalandırılacaq.
Xatırladaq ki, Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti Azərbaycan mənşəli bir sıra malların idxalının qarşısının alındığı barədə bir həftə əvvəl də xəbər yaymışdı.

Xəbərdə bildirilirdi ki, “Bavra” gömrük-keçid məntəqəsinin əməkdaşları Gürcüstandan Ermənistana gəlmiş maşınlarda yarım tondan çox Azərbaycan mənşəli qida duzu və çayı aşkar ediblər.

Müşayiət edənlər bildirmişdilər ki, bundan xəbərləri olmayıb. Məsələ aydınlaşdırılandan sonra onlar maldan imtina etmişdilər.

Apreldə isə Ermənistanın Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti Azərbaycan almalarının ölkə bazarlarında reallaşdırılması haqda KİV-də yayılmış informasiyaların yoxlanması üçün genişmiqyaslı araşdırmalar aparmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here