Ermənistanda 22 min nəfər Suriya ermənisi yaşayır

Bizimsesimiz.info // Suriyada baş verən hadisələr nəticəsində oranı tək edərək Ermənistana sığınan ermənilərin sayı açıqlanıb.
nevs.am-ın verdiyi məlumata görə, Ermənistanın diaspor naziri Levon Antonyan mətbuata açıqlamasında hazırda ölkədə 22 min nəfər Suriya ermənisinin yaşadığını deyib. Onun sözlərinə görə, onların əksəriyyəti Ermənistan vətəndaşı statusu alıb və ölkədəki sakinlər kimi bütün hüquqlara malikdirlər: “Biz Suriyanı tərk etməyə məcbur olaraq Ermənistana sığınan 22 min nəfər soydaşımızın yerli şəraitə uyğunlaşması üçün əlimizdən gələni edirik. Bu məqsədlə onları biznes sahəsinə yönəltmişik. Artıq bir çox Suriya ermənisi biznes sahəsində uğur əldə edib. Ancaq bizim üçün ən önəmlisi Suriyadakı erməni icmasının fəaliyyət göstərməsini təmin etməkdir”.
Qeyd edək ki, Ermənistana gələn Suriya ermənilərinin böyük əksəriyyəti beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın işğal altındakı rayonlarında, o cümlədən Laçında, Zəngilanda, Qubadlıda və Kəlbəcərdə yerləşdirilib.