Ermənistanda inqilab olacaq – Xalqa çağırış edildi

Bizimsesimiz.info // “Əminəm ki, 2018-ci ildə Serj Sarkisyan Ermənistanın baş naziri olacaq”
Erməni KİV-ləri xəbər verir ki, bu fikirləri “Yelk” ittifaqından deputat seçilən Sasun Mikayelyan səsləndirib.
Müxalif deputat hesab edir ki, Ermənistanda məxməri inqilab olacaq, bunun üçün xalq səfərbər olmalıdır.
“2018-ci ildə Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra, o, baş nazir vəzifəsində olacaq. Buna əminəm. Bu səbəbdən ölkədə inqilab olacaq, lakin bunun üçün əsaslar yaradılmalıdır”.
Erməni deputat vurğulayıb ki, müxalifət yaranmış vəziyyətdən çıxmaq üçün xalqla birgə addım atmalıdır. Yalnız xalqın dəstəyi ilə Sarkisyanı devirmək olar.// azvision.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir