Ermənistanın XİN rəhbəri və fransalı senator Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bizimsesimiz.info  // Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və fransalı senator Kristofer Andre  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

SalamNews Ermənistan KİV-lərinə istinadən xəbər verir ki,  görüş fransalı senatorun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.

Belə ki, görüşdə münaqişənin həlli ilə bağlı son addımlar müzakirə edilib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin irəli sürdüyü səylər barədə fikir mübadiləsi aparıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.