“Eyləməm” qəzəlinin tarixinə bir baxış

Mətnşünaslıq və mənbəşünaslıq elmində bəzən keçmiş zamanların müəlliflərinin aşkarlanmasında bəzi çətinliklərin ola biləcəyi deyilir. Çünki, eyni adda,eyni təxəllüsdə yazan şairlərin  əsərlərinin atribusiyasını müəyyənləşdirmək heç də asan deyil. Əvvəllər kitab çapı olmadığından müəlliflərin əsərləri katiblər tərəfindən köçürülür və bəzən də müəyyən təhriflərə məruz qalırdı. Müasir dövrdəki kimi müəllif hüquqlarının müəyyənləşdirilməsi o zamanlarda mümkünsüz idi. Məsələn, tarixdə Nizami adda bir neçə ədib mövcud olmuşdur. Və bu müəlliflərin əsərləri içərisində Nizami Gəncəviyə məxsus əsərlərin müəyyənləşdirilməsi məlumdur ki, dəqiqlik, geniş araşdırma və diqqət tələb edir. Bənzər ad ,təxəllüs baxımından əsərləri qarışıq salınan müəlliflərdən biri də İmadəddin Nəsimi və Qul Nəsimidir. Daha doğrusu,bu iki müəllifin hansına aid olduğu tam bilinmədiyi zənn edilən “Eyləməm” qəzəlidir.

Har içinde biten gonca güle minnet eylemem
Arabî, Farisî bilmem dile minnet eylemem
Sırat-ı Müstakim üzre gözetirim Rahim’i
İblisin talim ettiği yola minnet eylemem…
Bir acayip derde düştüm herkes gider kârına
Bugün buldum bugün yerim, Hakk kerimdir yarına
Zerrece tamahım yoktur şu dünyanın varına
Rızkımı veren Hüda’dır kula minnet eylemem…
Ey Nesimi can Nesimi ol gani mihman iken
Yarın şefaatkârım Ahmed-i Muhtar iken
Cümlenin rızkını veren ol gani Settar iken
Yeryüzünün halifesi hünkara minnet eylemem…

Bilirik ki,İmadəddin Nəsimi öz müəllimi Fəzlullah Nəiminin şərəfinə götürdüyü bu təxəllüslə hürufilik ideyalarına uyğun əsərlər yazmışdır. Əsərləri ədəbiyyat tənqidçiləri tərəfindən bədiilik yönündən yüksək qiymətləndirilsə də(bununla bağlı əks iddia etmirəm), sözügedən “Eyləməm” qəzəlinin İ.Nəsimiyə də aid olmadığı açıq-aşkardır. Niyəsini isə birgə araşdıraq. Misralara nəzər yetirsək, görərik ki, “Eyləməm” qəzəlindəki misralar İslam içərisində meydana çıxmış, İslama zidd fəlsəfi cərəyan olan Hürufilikdən tamamilə uzaqdır. Hürufilik,insanı bütləşdirən və hərflərə(ərəb hərflərinə) mistik mənalar yükləyən cərəyan olmuşdur. İ.Nəsiminin yaşadığı dövrdə görüşüb,dərs aldığı şəxsləri, Əmir Teymurun onun inancına qarşı mübarizə apardığını nəzərə alsaq,aydın olar ki,15.əsrdə yaşamışdır.Tutaq ki,lap bu barədə məlumatımız yoxdur,biz təkcə “Eyləməm” qəzəli üzərindən mülahizə aparsaq,görərik ki,qəzəlin sözləri hürufilik inancı ilə uyğun gəlmir.İnsanın Allahın qulu kimi vəsf edilməsi,Allahdan başqasına sitayiş mənasında qulluq edilməməsi,Hz.Mühamməd Mustafanın(s.ə.v) şəfaətindən bəhs olunması əsl İslam,əhli sünnə etiqadıdır.Eyləməm qəzəlinin müəllifi 17.əsrdə Osmanlı dövlətində yaşamış Qul Nəsimi adlı şairdir.Nəzərə alsaq ki,Osmanlı dövlətində İslamın sünni inancı oturuşmuş bir inanc idi və dövlət bu inancla idarə olunurdu,xalq bu etiqad üzrə idi,Eyləməm qəzəlinin müəllifinin Osmanlı şairi Qul Nəsimi olması barədə şübhəmiz qalmaz.Misralardan da bəlli olur ki,Qul Nəsimi sadə,təvazökar bir Allah qulu olmuş və inancından irəli gələn bu cümlələri də qələmə almışdır.
Qeyd edim ki,İ.Nəsimiyə ithafən bəzən Seyyid ləqəbi istifadə olunur.Bu qəzəlin müəllifi kimi də Seyyid Nəsimi qeyd olunur.

Müəllif: Əsmər Nurəliyeva

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir