Fələstin Avropa İttifaqını onu dövlət kimi tanımağa çağırıb
Bizimsesimiz.info // Fələstin Qurtuluş Təşkilatı Baş katibi Saib Ureykat, Avropa İttifaqına çağırış edib ki, Fələstin dövlətini rəsmi olaraq tanısın.
Saib Ureykat, Beynəlxalq Ədalət Məhkəməsinin “Bölünmə divarıyla” əlaqədar qəbul etdiyi qərarın 12-ci il dönümü münasibətiylə Ramallahdakı Müzakirə İşləri Müdirliyi tərəfindən təşkil edilən bir seminarda çıxış edib.
Avropa İttifaqını İsraili tanıdığı kimi Fələstin dövlətini də tanımağa çağıran Ureykat, İsrailin məskunlaşma yerləri ilə əlaqəli layihəsinin iki dövlətli həllin nəticəsiz qalmasının əsas səbəbi olduğuna diqqət çəkib.
Fəth İdarə heyəti üzvü Nasir əl-Kudve isə Beynəlxalq Ədalət Məhkəməsinin məskunlaşma yerləri və ayırma divar ilə əlaqəli qərarların ləğv edilə bilməyəcəyini qeyd edib. Beynəlxalq cəmiyyətdən, İsrailin tələbləri istiqamətində addım atmaqda imtina etmələrini istəyib.
İsrailin, 2002-ci ildə Fələstin ərazilərində tikməyə başladığı və İordan çayının qərb sahili ilə “İsrail sərhədini” ayırmağı məqsəd götürən 700 kilometrlik divar “Ayırma divarı” olaraq xatırlanır.
Birləşmiş Millətlər Təşkilatının məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi, 2004-cü ildə, divar tikintisinin qanunlara zidd olduğunu və bunun irqçiliyi artıracağını açıqlamışdı.