Fələstin dövlət başçısı Mahmud Abbas HƏMAS rəsmisi ilə danışdı

Bizimsesimiz.info // Fələstin dövlət başçısı Mahmud Abbasla HƏMAS Siyasi Büro sədri İsmayıl Həniyyənin ABŞ-ın Qüdsə qarşı niyyətləri, bunun əks olunmaları və risklərinə dair məsələləri müzakirə etdiyi bildirilib.

HƏMAS Siyasi Büro sədri Həniyyənin ofisindən verilən yazılı açıqlamaya görə, Abbas ilə Həniyyə telefon danışığı keçirib.

Abbas və Həniyyə ABŞ-ın Qüdsə qarşı fikirlərinin ciddiliyi və bundan qaynaqlanan əks olunmalarını dərindən müzakirə edib.

Bu çətinliklərlə mübarizədə Fələstin cəbhəsinin gücləndirilməli və konsensus prosesinin davam etməli olduğu vurğulanan danışıqda tərəflər “razılaşmada sürətli irəliləyişin və milli birliyin təmin edilməsi, Qüds və milli məsələlərin müharibəsində media işlərinin vahid olması, hər cür region daxili gərginlik və media çəkişməsinə son verilməsi” lazım olduğunu qeyd edib.

Həniyyə ABŞ-ın Qüdsə dair meyllərini “çox riskli bir hərəkət” kimi dəyərləndirərək, fələstinli qrupların, bu cür çətinliklərlə birlik və bərabərlik içində mübarizə aparmalı olduğunu vurğulayıb.

Abbas isə ABŞ-ın bu istiqamətdəki meyllərinin riskli olduğunu təsdiq edərək, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı halda çox mühüm qərarlar verəcəyini bildirib.

Xatırladaq ki, Amerika mediasının hakimiyyət rəsmilərinə əsaslandırdığı xəbərlərdə ABŞ Prezidenti Donald Trampın 6 aylıq təxirə salma müddəti gələn həftə başa çatacaq 1995-ci il tarixli Amerika Səfirliyinin Qüdsə Köçməsinə Dair Qanunu daha çox gözlətməyib, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və Amerika səfirliyinin isə Qüdsə köçməsinə qərar verəcəyi iddia edilmişdi. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.