Fələstin hökuməti daxili bazarda İsrail valyutası olan şekeldən istifadəyə son qoymaq üçün işə başlayıb.

Hökumətin yaydığı açıqlamada deyilir ki, şekeldən başqa bir valyutadan istifadəyə keçilməsi üçün bir komitə yaradılıb, Fələstinin milli valyutasını formalaşdırmaq imkanının araşdırılmasına qərar verilib.

Fələstin hökumətinin  ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına cavab  olaraq verdiyi qərarlardan biri də məhz ölkəsinin milli valyutasının yaradılmasıdır.

Hökumətin maliyyə müşaviri və bankir olan Muhəmməd Səlami Türkiyənin  Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında  bildirib ki,  Fələstin hökumətinin milli bir formul qəbul etmək istəməsinə  baxmayaraq, hazırda bunun gerçəkləşməsi bir qədər çətin görünür: “Fələstin maliyyə bazarının bunun üçün zamana ehtiyacı var və gündəlik əməliyyatlarda işlənən bir valyutanı dəyişdirmək bəsit bir addım deyil. İsrail valyutası olan şekeldən imtina etmək bizim üçün çox vacibdir. Ancaq buna alternativ olaraq İordaniya dinarını dövriyyə gətirmək üçün zəmin hazırlanmalıdır. Fələstinin maliyyə bazarında gündəlik əməliyyatlarda dollardan istifadə edilməsi də praktik bir çözüm deyil”.

Qeyd edək ki, Fələstin hökuməti ilə İsrail arasında 1194-cü ildə imzalanan Paris İqtisadi Protokoluna görə, Fələstin maliyyə bazarında ABŞ dolları, İordaniya dinarı, İsrail şekeli və Avropa Birliyi dövlətlərinin ortaq valyutası olan avro istifadə olunur. Ancaq bu ölkənin valyuta bazarında gündəlik ticarət əməliyyatlarında, dövlət qurumları və özəl sektorda keçərli olan əsas valyuta şekeldir. Özəl sektor başda olmaqla işçilərin böyük əksəriyyətinin maaşları şekellə verilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here