Fələstin hökuməti Qəzza zolağında fəaliyyətə başladı
Bizimsesimiz.info // Fələstinin Milli Razılıq Hökuməti Qəzza zolağında fəaliyyətə başlayıb.
Bu barədə Qəzzaya səfər edən Fələstinin Baş naziri Rami Həmdullah açıqlama verib.
Fələstin Baş nazirinin Qəzza zolağına 2015-ci ildən bu günə kimi ilk səfəri olduğu bildirilir. Bu səfər və hökumətin fəaliyyəti ötən ay Misirin paytaxtı Qahirə şəhərində HƏMAS və Fəth təşkilatları arasında əldə edilən razılıq sayəsində baş tutduğu bildirilir.
“Biz Fələstinin bölünməsi səhifəsini bağlamaq istəyirik. Fələstin İordan çayının qərb sahili ilə Qəzza zolağının əməkdaşlığı olmadan mövcud ola bilməz”, deyə Rami Həmdullah bildirib.
Fələstinli nazir bildirib ki, hökumət Qahirə danışıqlarına əsasən, Qəzza zolağında işə başlayacaq. Əsas fikirlər isə xalqın iztirabını azaltmaq istiqamətində olacaq. //eastnews.org