Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi

Bizimsesimiz.info // Fələstin Azadlıq Təşkilatı (FAT) ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına cavab olaraq  İsraili dövlət kimi tanımaqdan imtina edib.

Bizimsesimiz.info-nun SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə qərar FAT-ın toplantısında qəbul edilib.

Sənəddə bildirilir ki, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir