FƏLƏSTİN QIZIL AYPARA CƏMİYYƏTİNİN BƏYANATI
Bizimsesimiz.info // Fələstin Qızıl Aypara Cəmiyyəti bu gün bir bəyanatda bildirib ki, sionist hərbçilər və qəsəbə sakinlərinin qərb sahilndə və Beytul-muqəddəsdə fələstinli aksiyaçılara qarşı hücumlarında azı üç fələstinli şəhid olub, 193 nəfər də yaralanıbdır.
Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatında deyilir: İki fələstinli gənc Beytulmuqəddəsdə, bir fələstinli isə Ramullahda şəhid edilib.
Fələstinli mənbələrin bildirdiklərinə görə, sionist hərbçilər yaralıların bir çoxunun köçürüldüyü xəstəxanaya basqın ediblər.
Sionist rejim ötən həftənin cümə günündən və Məscidul-əqsada fələstinlilərlə şiddətli döyüşlərin ardınca özünün repressiv hərəkətlərini artırıbdır. Bu hərəkətlərdən biri, fələstinlilərin bu məscidə daxil olaraq, öz dini borclarını yerinə yetirmələrinə maneə törətməkdir.