Bizimsesimiz.info // Fələstin rəhbəri Mahmud Abbas ABŞ administrasiyasını İsraili Məbəd dağına girişlərdən metalaxtaranları yığışdırmağa razı salmağa çağırıb və onların quraşdırılması səbəbilə Qüdsdə yaranmış gərgin vəziyyət barədə Vaşinqtonu xəbərdar edib.

SalamNews-un xəbərinə görə, bu barədə Fələstinin rəsmi VAFA agentliyi məlumat yayıb.

Məlumata əsasən, M.Abbas bu mövzunu telefonda ABŞ prezidentinin müşaviri və kürəkəni Cared Kuşnerlə müzakirə edib.

“Prezident (Abbas) ABŞ administrasiyası və prezident Donald Trampdan təcili olaraq müdaxilə etməyi və İsraili elektron çərçivələrin sökülməsi daxil olmaqla “əl-Əqsa” məscidi ilə bağlı tədbirlərdən imtina etməyə razı salmağı xahiş edib.

O qeyd edib ki, hadisələr son dərəcə təhlükəli həddə çatır və əgər İsrail ümumilikdə Qüdsdəki və xüsusən “əl-Əqsa” ilə bağlı fəaliyyətlərini yenidən nəzərdən keçirməsə, vəziyyət nəzarətdən çıxa bilər.”, – agentliyin məlumatında deyilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here