Fələstindən İsrailə çağırış – “Buna son qoyun !”

Bizimsesimiz.info // Fələstin hökuməti İsrail rəhbərliyinə çağırış edərək Qüds və “Məscidi-Əqsa” üzərindəki sanksiyaları dayandırmağı tələb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müraciəti hökumət sözçüsü Yusif əl-Mahmud yayıb.

O qeyd edib ki, Fələstin Qüdsdə zülmə son qoyulmasını, “Məscidi-Əqsa”nın da yenidən müsəlmanların ixtiyarına verilməsini istəyir.

Həmçinin, beynəlxalq qurumlar və İslam ölkələrinin də məsələyə diqqət ayırmaları üçün çağırış edilib.

Qeyd edək ki, dünən “Məscidi-Əqsa”da 3 fələstinli və 2 İsrail polisinin öldüyü atışmadan sonra məscid bağlanlıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir