Fələstinin baş nazirinin kortejinin yaxınlığında partlayış törədilib, xəsarət alanlar var
Bizimsesimiz.info // Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayış törədilib.
SalamNews-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, partlayış zamanı 7 nəfər yaralanıb. Baş nazirin özü xəsarət almayıb.
Məlumata əsasən, partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən işə salınıb.