Fələstinlilər Trampın müşavirinin işğaldakı torpaqlara səfərinə etiraz etdi

Bizimsesimiz.info // İordaniya çayının qərb sahilində yaşayan yüzlərlə fələstinli ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin işğal edilən torpaqlar və Ramallaha səfərinə etiraz edib. Nümayişçilər daşıdıqları plakatlarda Amerikanın kütləvi cəzalandırma, viran, qanunsuz tikinti və qeyri-qanuni blokadaya dəstəyə son verməli olduğunu bildiriblər. Aksiyaya qatılan Fələstin Qurtuluş Təşkilatı icraiyyə komitəsinin üzvü Mustafa Berqusi də Amerikanın qanunsuz tikintinin dayandırılması üçün İsrailə təzyiq göstərməli olduğunu bildirərək, əks halda hər cür razılaşma danışıqlarının uğursuz olacağını deyib. Berqusi, həmçinin Trampın vəzifəyə başlamasından yeni yəhudi yaşayış məntəqələri tikintisinin 70 faizə qədər atdığını bildirib. Xatırladaq ki, Ağ Ev nümayəndəsi olaraq işğal altındakı ərazilərinə gedən Cared Kuşner dünən günortadan sonra Qüds şəhərində Baş nazir Binyamin Netanyahu ilə görüşüb. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir