Bizimsesimiz.info // İsrailin “Vahid Dünya” nizamı yaratmaq planındakı əsas məqsəd mərkəzi Yaxın Orta Şərqdən başlayan Üçüncü Dünya Müharibəsini başlamaqdır. Yevangelizmdə buna “Tanrını Qiyamətini qoparmağa məcbur etmək”, yaxud “İsa Məsihi qayıtmağa məcbur etmək” (“Armageddon müharibəsi”) deyilir. Protestant fundamentalizminə (Yevangelizm) görə İsa peyğəmbəri Yer Kürəsinə qaytarmaq üçün “Qiyamət müharibəsi”ni başlamaq əsas şərtdir. Yevangelist inanclarında deyilir ki, dəhşətli “Armageddon müharibəsi” Yaxın Şərqdə – Qüds yaxınlığındakı Maqdon Təpələrindən başlayacaq və müsəlmanların yəhudilərə hücumları ilə bəşəriyyət tükürpərdici mənzərənin şahidi olacaq. Yəhudilər buna “Qiyamət savaşı”nın fitilini odlamaq deyirlər. Yevangelizm həmin müharibədə İsrailin haqlı tərəf olduğunu müdafiə edir. Onların inanclarına görə, İsa Məsih “İsrail aslanı” kimi dünyaya gəlib. Yəhudilər müsəlmanlara qarşı başladıqları “Qiyamət müharibəsi”ndə qələbə çalmadıqca Hz.İsa Yer üzünə enməyəcək. İsanın qayıtması üçün müsəlmanların məğlubiyyəti ilk şərtdir. Həmin müharibə başa çatdıqdan sonra 144 min yəhudi öləcək ki, onların hamısı Məsihə iman edənlər olacaq. Yer Kürəsində yalnız yəhudilər və Amerika qalacaq. Yaxın Şərqdə başladılan İsrail-Fələstin, Türkiyə-“Kürdüstan” müharibələrinin sərhədləri İslandiyadan Yaponiyaya qədər uzanacaq.

Protestantlıq, yaxud Yevangelizm Xristian dinin ən radikal məzhəblərindən biridir. Məzhəbin yaradıcısı alman mütəffəkiri Martin Lüter olub. ABŞ-da 70 milyon, dünyada isə 500 milyondan çox insan yevangelistdir. ABŞ xristian dövlətidir, bu dinin nümayəndələri yəhudilərdən heç xoşları gəlmir. Ən maraqlısı isə odur ki, İsrailin ən yaxın müttəfiqi isə xristian Amerikasıdır. Amerikada dini mənsubiyyətinə görə böyük əksəriyyət yevangelist olduğu üçün yəhudilərə xüsusi simpatiya bəsləyirlər. Söz yox ki, sırf masonların tələbi ilə Corc Vaşinqtondan başlayaraq ABŞ dövlətinin başına Yevangelizm cərəyanına mənsub olanlar gətirilir. Bu günki ABŞ-ın hakim zümrəsinin ən yüksək vəzifəli dövlət məmurlarının hamısının dini etiqadı yevangelistdir. Fakt o mənanı verir ki, Ağ Ev İsraili sevirsə, aşağı zümrə – xalq bunu məcburən etməlidir.

Mason inanclarına görə insanlar yaxşı və pis olmaqla iki kateqoriyaya ayrılır, bu pillədə yəhudilər və yevangelistlər ən ali dərəcəyə aiddirlər. Məsihin Yer Kürəsinə enməsi isə pislərin sonu olacaq, bu hadisədən sonra yer üzündə yaxşıların, yəni yəhudi və yevangelistlərin “Dünya Səltənəti” qurulacaq.
“Armageddon” kəhanətlərinə görə yəhudi və yevangelistlər Cənnətə, digər millətləri isə Cəhənnəmə gedəcəklər. İsa peyğəmbərin zühurundan sonra dünyada “Vahid İsrail dövləti” yaranacaq. Bunun üçün isə Hz.İsanı yenidən Yer Kürəsinə qayıtmağa məcbur etmək lazımdır. ABŞ-ın ortaya atdığı “Böyük Orta Şərq Planı” məhz dəhşətli “Qiyamət müharibəsi”nin başlanması üçün qızışdırıcı katalizator rolunu oynayır. Dini mahiyyəti etibarilə bu əslində “Tanrını Qiyamətini qoparmağa məcbur etmək” deməkdir. 2001-ci il 11 sentyabr terroru isə “Armageddon”un fitilini alovlandırılması idi.

Yaxın Orta Şərqdə müharibə yəhudilərin “Terrorla apardığımız müharibədə Allah tək deyil”, “Tanrı bizim, yəni yaxşıların tərəfindədir” şüarı altında başlayıb. Ağ Evin “Böyük Orta Şərq Proyekti” “Vahid İsrail dövləti”nin qurulmasına ximət edir. Planda göstərilən İsrailin sərhədləri Sina yarımadasından başlayaraq Kipr, Türkiyə, qədim Mespotamiya (İraq, Suriya, Fələstin), Dəclə və Fərat çayları və Bəsrə körfəzindən Səudiyyə Ərəbistanı da daxil olmaqla Şimali Afrikayadək uzanır. Proyektdə göstərilən həmin ərazilər yəhudilər tərəfindən dəfələrlə dəyişdirilmiş “Tövrat”da İsrailoğullarına vəd edilmiş torpaqlar kimi xarakterizə edilir. Bütövlükdə həmin torpaqlar Hz.İbrahimin yaşadığı yer – Harran adlandırılır. ABŞ və İsrail planlarını sistemli şəkildə həyata keçirmək üçün Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirmək üçün istədikləri qərarı icra edirlər. İraq və Əfqanıstanın işğal edilməsindən sonra Suriyada başlayan vətəndaş müharibəsi eyni ssenariyə daxildir. Hədəf taxtına yaxınlaşdırılan növbəti qurbanlar isə İran və Türkiyədir. Tarix boyu dövlət yaratmaq və siyasi məqsədləri olmayan separatçı kürdlərin Türkiyə üzərinə qısqırdılması da İsrailin yaradılmasına xidmət edir. İlk baxışda yevangelist inanclar üzərində hazırlanmış “Böyük Orta Şərq Planı” Azərbaycanın lehinə olması görüntüsü yaratsa da, vəziyyət heç də belə deyil. Əgər plan baş tutarsa, Güney Azərbaycan Şimala birləşdirilərək regionda 50 milyonluq Birləşmiş Azərbaycan Federasiyası (BAF) yaranacaq.

BAF-ın isə bundan əvvəl qurulmuş Kürdüstan-Ermənistan-İsrail – “Şeytan üçbucağı”nın arasında yaradılması nəzərdə tutulur. Bu amil isə türklərin assimiliyasiyasına, tarix və vahid mədəniyyətinin tamamilə parçalanıb məhv edilməsinə xidmət edir. Planların hamısı Kabala, qədim Misir və dəyişdirilmiş “Tövrat” inancları əsasında hazırlanıb. Həm yevangelistlər, həm də yəhudilər həmin təlimlərin mütləqliyinə və müqəddəsliyinə inanırlar. Lakin İslamın müqəddəs kitabı “Qurani-Kərim”də yəhudilər – İsrailoğulları lənətlənmiş, Allahın qəzəbinə düçar olmuş millət kimi göstərilir. “Qurani-Kərim”də bu günədək 124 min peyğəmbərin bəşəriyyət üçün tək İslam dinini gətirdikləri deyilir. Kitabda o da bildirilir ki, Yer Kürəsində vahid din olacaqsa, onun adı İslam olacaq. Hz.İsa, İbrahim və Musa müsəlmanlar kimi dəstəmaz alıb namaz qılıblarsa və bir dinin ortaya qoyduğu inanclara tapınırıqsa, onda biz İslama inanırıq, yəhudilərin alçaq təlimlərinə yox! // olaylar.az, Ömər Zamin

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here