bizimsesimiz.info

Fransada məlum hadisələrdən sonra Napoleon Bonapart öz ordusunu Avstriyalılara qarşı göndərərək İtaliyaya soxuldu. İtalyanlar fransızların simasında özlərinin Avstryalılardan və feodal zülmündən xilaskarlarını görərək onları sevinclə qarşıladılar. Bonapartın İtaliyaya 1796-1797 – ci illər yürüşü Fransanın xeyrinə Avstriya ilə sülhlə başa çatdı. Nəticədə İtaliyada Fransadan asılı “ bala” reapublikalar yarandı. Bir qədər sonra isə yəni 1800- ci ildə Napoleon Şimali İtaliyada Avstriya ordusunu darmadağın edir və İtaliyada yenidən Fransa hökmranlığı bərpa edilir. Napoleon Fransası müttəfiqlərin qoşunları tərəfindən məğlub edildikdən sonra Vyana konqresinin qərarına əsasən İtaliya dövlətləri – Milan və Venesiya şəhərləri ilə birlikdə Lombardiya yenidən Avstriya hakimiyyəti altına keçdi. İtaliyanlar Avstriya ordusunu sevmədikləri üçün onları “ağ zəlilər” adlandırırdılar. Avstriya hakimləri italyanların milli imperatoru Milan əhalisinə deyirdi ki, onlar italyan olduqlarını yaddan çıxartsınlar.

Yalnız Şimali İtaliyanın Avstriyaya mənsub olmasına baxmayaraq o demək olar ki, bütün yarımadada ağalıq edirdi: feodal hakimlərin və Papa vilayətində Roma papasının hakimiyyətini dəstəkləyirdi. Ona görə də İtaliyada inqilabın vəzifələri ölkənin Avstriya zülmündən azad edilməsi və səkkiz dövlətə bölünmüş İtaliyanı birləşdirmək idi. İtaliyada Milli azadlıq hərəkatının rəhbəri Cuzeppe Madzini idi. İtaliyanın azadlığı və birləşdirilməsi uğrunda digər mübariz Cuzeppe Qaribaldinin (1807 – 1882) adı da əbədi şöhrət qazanmışdı. O, “Gənc İtaliya” gizli cəmiyyətinin üzvü idi.

1848-1849 – cu illər İtaliya inqilabının mühüm hadisələrindən biri 1849 – cu ildə Romanın qəhrəman müdafiəsi oldu. Xalq Romanı respublika elan etdi. Papa kəndli libasında qaçdı. Madzini respublikanın başında dururdu. Romanın müdafiəsində Qaribaldi dururdu. Papanın köməyinə Fransa ordusu gəldi. Bundan əlavə Avstriya, Neapolitan krallığı və İspaniyanın qoşunları da Roma üzərinə hücum etdi. Bu hücumların nəticəsi olaraq Roma respublikası süqut etdi.

İtaliyanın səkkiz dövlətindən yalnız Pyemonnt (Sardiniya krallığı) tam mənasınsa müstəqil idi.
İtaliyanın birləşdirilməsi müxtəlif yollarla ola bilərdi: “aşağıdan” – xalq inqilabı və vahid demokratik respublika yaranması ilə və “yuxarıdan” – monarxiyanı saxlamaqla burjuaziya və mülkədarların başçılığı altında müharibə yolu ilə.

İki hissədən – İtaliyanın şimalında Pyemontdan və Sardiniya adasından ibarət olan Sardiniya krallığının kral II Viktor Emmanuel, baş naziri isə Qraf Kavur idi. O,Avstriyanı zəiflətməyə və İtaliyada öz nüfuzunu möhkəmləndirməyə çalışan Fransa imperatoru III Napoleonun köməyi ilə İtaliyanı Sardiniya hakimiyyəti altında birləşdirmək istəyirdi. 1859 – cu ildəki müharibə Fransa və Sardiniya krallığı Avstriya üzərində qələbə çaldılar. Müharibəyə daha çox kütləvilik vermək üçün Kavur Qaribaldini könüllülər korpusuna dəvət etdi. Avstriya ilə müharibə – Parm, Moden və Toskan hersoqluqlarında və Papa vilayətində xalq üsyanları üçün siqnal rolunu oynadı. Avstriyanın gücü ilə hakimiyyətdə qalan bu hersoqluqların hakimləri qaçdılar. Hersoqluqlar və Papa vilayətinin bir hissəsi Pyemonta birləşdilər.

Müharibə inqilabi xarakter almağa başladı. III Napoleon bundan qorxdu və Avstriya ilə sülh bağlamağa tələsdi. Yalnız Lombardiya Milan şəhəri birlikdə Pyemonta birləşdirildi. Avstriya Venesiyanı öz əlində saxladı. Romada Papa vilayəti, Neopolitan krallığında isə Burbonların mütləqiyyəti saxlandı. İtaliya parçalanmış halda qaldı. Avstriya ilə Fransa arasında bağlanmış sülh İtaliya xalqı tərəfindən narazılıqla qarşılandı. Xalqın inqilabi mübarizəsi yeni güclə alovlandı. 1860 -cı ilin aprelində Siciliyada kəndli üsyanı belə başlandı. İri torpaq sahiblərindən torpağı icarəyə götürən kəndlilər buğda və portağal yetişdirir, özləri isə lobya ilə qidalanırdılar. Belə ki, məhsulun hamısını mülkədarlara və vergi yığanlara verməli olurdular. O vaxt Siciliya Neopolitan krallığına məxsus idi. Üsyan haqqında məlumat alan Qaribaldi Siciliya üsyançılarına kömək göstərmək üçün dəstə təşkil etməyə başladı. O, könüllülərdğn ən çox sınanmış döyüşçülərini seçdi və təxminən 1100 nəfərdən ibarət dəstə təşkil etdi. Qaribaldiçilərin forması qırmızı yun köynək idi. Buradan da dəstənin adı – “1000 qırmızı köynəklər” götürülmüşdür. Qaribaldi 2 gəmi ilə Genuyadan yola düşdü və 1860 – cı ilin mayında Siciliya torpağına çıxdı. 3000 yerli üsyançı ona qoşuldu. Qaribaldiçilər Siciliyanın paytaxtı Palermo üzərinə hərəkət etdilər. Kalatafili şəhəri yaxınlığında onları Burbonların qoşunu qarşıladı. Bomba və güllə yağışı altında “Minlər” cəbhə üzərinə hücuma başladılar. Döyüş 6 saat davam etdi. Üsyançıları meydaçaları bir – birinin ardınca ələ keçirirdilər. Burbonlular davam gətirməyib qaçdılar. Siciliyanı azad etməyə davam edərək, Qaribaldinin ordusu günü – gündən böyüyürdü.

İbrahim Sərdarll-Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here