Bizimsesimiz. info

Palermo şəhəri yaxınlığında Qaribaldinin artıq 8000 döyüşçüsü var idi. Palermofa isə Burbonların 20000 – lik ordusu cəmlənmişdi. Şəhərin küçələrində döyüş qızışdı. Əhali ispanlara qarşı üsyan qaldırdı. Şəhər azad edildi. Qaribaldi Siciliyanın inqilabi diktatoru elan edildi. O, kəndliləri ən ağır vergilərdən azad etdi. Siciliyanı azad edib Qaribaldi ordunu materikə köçürdü. Burbonların ordusu artıq yorulmuş və zəifləmişdi.

Qaribaldi öz ordusunun 1860 – cı ilin payızı üçün İtaliyanın əsas vilayətləri xalq inqilabı yolu ilə – “aşağıdan” faktiki olaraq birləşdirildi. Lakin Qaribaldi İtaliyanın birləşdirilməyi başa çatdıra bilmədi. Ona görə də Qaribaldi Cənubi İtaliyada rəy sorğusu keçirməyə razılıq verdi və əhalinin əksəriyyəti Sardiniya krallığına birləşməyin lehinə səs verdi. Viktor II Emmanuel Neapola daxil oldu. Bundan sonra Sardinyanın 1-ci naziri Kamillo Kavur Qaribaldi ordusunun buraxılması üçün əmr verdi. Pyemont qoşunu kəndlilərin üsyanını yatırdı.

1861 – ci ilin payızında toplaşmış parlament İtaliya krallığının yarandığını elan etdi və Viktor II Emmanuel kral elan edildi.
Lakin bütün İtaliya birləşdirilməmişdi. Venesiya Avstriya zülmü altında idi. Roma və ona bitişik Papa vilayətində isə III Napoleon tərəfindən göndərilən fransız qoşununa arxalanan Papanın hakimiyyəti saxlanılmışdı.

Papa IX Piy var qüvvəsi ilə özünün dünyəvi hökmdar hüququndan yapışmışdı və İtaliyanın birləşdirilməsinə qarşı amansız mübarizə aparırdı. Papa Madzinini, Qaribaldini və ölkəni birləşdirmək istəyən hər kəsi lənətləyirdi. Papa onları “şeytanın əməlləri”, “cəhənnəm əjdahaları” və “iuda” adlandırırdı.
1866 – cı ildə Prussiya Almaniya ilə müharibə edərkən İtaliya höküməti Prussiyaya qoşuldu. Yenədə Qaribaldinin hərbi istedadından istifadə edildi. İtaliyanın rəmzi qoşunları Avstriyalılar tərəfindən məğlubiyyətə uğradıldı, Qaribaldinin könüllü dəstəsi isə qələbə çaldı. Müharibədə Avstriya məğlub oldu və sülh bağlanan zaman Venesiyadan imtina etməli oldu. Venesiya İtaliyaya birləşdirildi. 1870 – ci ildə Prussiya Fransanı məğlub etdi və III Napoleon taxtdan salındı. Papanı müdafiə edən fransız hərbi korpusu Romanı tərk etdi, İtalyan ordusu Papanın muzdlu əsgərləri ilə kiçik toqquşmadan sonra şəhərə daxil oldu. Beləliklə, 1870 – ci ildə 8 İtaliyan dövlətindən vahid İtaliya krallığı yarandı və paytaxt Roma şəhəri oldu.

Birləşmədən sonra İtaliya təsərrüfat cəhətdən çox ağır vəziyyətə düşdü. Yeni İtaliya krallığının dövlət aparatını, ordunu, dəmir yolları çəkilişini və s. təmin etmək üçün əlavə vergilərin ağırlığı İtaliyanın dilənçi vəziyyətində olan kəndlilərin çiyinlərinə düşürdü. İtaliya Almaniya, Fransa, İngiltərədən yüksək iqtisadi və siyasi cəhətdən asılı vəziyyətə düşdü. İtaliya dövlətinin borcu 10 milyard litə məbləğində idi. Bunun əsas ağırlığı ölkənin xalq kütlələri üzərində idi.
I dünya müharibəsinə qədər İtaliyaya lazım olan idxalın 1/3- ni xaricdən gətirirdi. Kapitalizmin zəif inkişafı və torpaq azlığı kəndlilərin mühacirətinə səbəb olurdu. İtaliyan mühacirləri Fransa,Tunis, Braziliya, Argentina və ABŞ- a gedirdilər.

XIX əsrin sonu XX əsrin əvvəllərində İtaliyada “ağ kömür” ehtiyatlarından istifadə etməyə təşəbbüs göstərildi. Lakin dünya müharibəsinə qədər cəhd bu o qədər də əhəmiyyətli nəticə vermədi. Milan, Turin və Genuyada yüngül sənaye inkişaf etmişdi. Fabrik xırda sənətkarlıq istehsalını sıxışdırıdı.
XIX əsrin sonu üçün İtaliya konstitusiyalı monarxiya idi. Vahid İtaliya dövləti 1848 – ci ildə Sardiniya konstitusiya statusu əsasında idarə olunurdu. 1870 – ci ildə İtaliya höküməti Papa vilayətini öz torpaqlarına birləşdirib, papanın dünyəvi hakimiyyətdən məhrum etdi.
Papa müstəqilliyini yalnız özünün Vatikan sarayı hüdudlarında saxlaya bildi. Onun İtaliya ruhaniləri üzərində hakimiyyəti əvvəlki kimi ssaxlanıdı.
Daxili bazarın məhdudluğu italiya burjuaziyasının xarici bazara meylini artırdı. İtaliyanın tuta biləcəyi ən yaxın yer Aralıq dənizinin sahillərində yerləşən Tunis, Tripolitaniya və başqa ölkələr idi. Tunis uğrunda mübarizədə bu ölkəni 1881 – ci ildə işğal etmiş Fransa ilə toqquşmalı oldu.
III respublika (Fransa) ilə pis münasibətlər İtaliyanın Almaniya və Avstriya-Macarıstan ilə yaxınlaşmasına səbəb oldu. 1882 – ci ildə İtaliya-Almaniya-Avstriya ittifaqına qoşuldu. Nəticədə Üçlər ittifaqı (Almaniya, Avstriya və İtaliya) yarandı. Belə vəziyyətdə İtaliya höküməti italiyanların yaşadıqları Avstriya torpaqlarını – Cənubi Tripolini (Trentino) və Triyesti İtaliyaya birləşdirmək şüarını irəli sürən və Avstriyaya qarşı mübarizə üçün Fransa ilə ittifaq yaratmağı təklif edən irrentislər partiyasına qarşı mübarizə aparmalı oldu.

1892 – ci ildə Genuyada sosiasositlərin I Ümumitalyan konqresi oldu. Konqres partiyanın proqramını və nizamnaməsini qəbul etdi. 90 – cı illərdən sosialist mətbuatı, həmkarlarhərəkatı və fəhlə istehlak kooperativləri inkişaf etməyə başladı.

1911 -ci ildə İtaliya Türkiyə ilə müharibəyə başladı. İtaliya Türkiyənin Afrikadakı əyalətləri Tripoli və Krenaikanı ələ keçirməyə çalışırdı. Bu müharibə bir ilə yaxın davam etdi və İtaliya doqquz milyon liraya yaxın vəsait və insan itkisi ilə başa gəldi. 1912 – ci ildə müharibə İtaliyanın Tripolini tutması ilə başa çatdıPalermo şəhəri yaxınlığında Qaribaldinin artıq 8000 döyüşçüsü var idi. Palermofa isə Burbonların 20000 – lik ordusu cəmlənmişdi. Şəhərin küçələrində döyüş qızışdı. Əhali ispanlara qarşı üsyan qaldırdı. Şəhər azad edildi. Qaribaldi Siciliyanın inqilabi diktatoru elan edildi. O, kəndliləri onlar üçün ən ağır olan vergilərdən azad etdi. Siciliyanı azad edib Qaribaldi ordunu materikə köçürdü. Burbonların ordusu artıq yorulmuş və zəifləmişdi. Qaribaldi öz ordusunun ön hissəsini qabaqlayıb Neapol şəhərinə getdi. Neapol kralı isə 50000 nəfərlik daha güclü orduya malik idi. Volturno çayı sahilindəki döyüşdə qaribaldiçilər Burbonların sonuncu ordusunu da məğlub etdilər.

İbrahim Sərdarll-Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here