“Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçənlərin sayı bir il ərzində 8% artıb. Nəticədə “Facebook” istifadəçilərinin sayı 2,5 milyard nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Facebook”un yayımladığı korporativ hesabatda qeyd olunub.

Şirkətin hesablamalarına görə, ötən ilin dekabr ayında 1,66 milyard insan gündə ən azı bir dəfə “Facebook”a daxil olub. Bu göstərici də il ərzində 9% artıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here