“Facebook ödənişli siyasətə keçib”

“Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, media qurumları nəticə almaq üçün büdcələrinə nəzər salmalıdır”.
Bizimyol.info xəbər verir ki, Facebook-un fəaliyyətindəki yeniliklər bu sosial şəbəkədən xəbər paylaşımı üçün istifadə edən media qurumlarının işinə təsirsiz ötüşməyəcək. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, Facebook bununla öz sistemini daha çox kommersiyalaşdırmağa çalışır:
“Facebook biznes və reklama diqqəti artırıb. Bizdə olan böyük səhifələr də izləyici kütləsini böyüklüyünə arxayın olmamalıdır. Ödənişli siyasət bazarı bir qədər daraldacaq. Media qurumları nəticə almaq üçün büdcələrinə nəzər salmalıdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.