“Facebook”  sosial şəbəkə istifadəçilərinin etimadını itirir.

Oxu.Az xəbər verir ki, bunu “Reuters” agentliyi və “Bild” jurnalının keçirdiyi ictimai sorğuların nəticələri göstərir.

Reuters/İpsos-un sorğu nəticələrinə görə, şəxsi məlumat toxunulmazlığına gəldikdə, amerikalıların yalnız 41 faizi “Facebook” şirkətinə etibar edir.

Yerdə qalan respondentlər korporasiyanın şəxsi informasiyanın qorunması ilə bağlı qanunların tələblərini yerinə yetirməsinə şübhə edir.

Respondentlərin 62 faizi şəxsi məlumatlarını “Google Alphabet İnc” şirkətinə etibar etməyə hazır olduqlarını bildirib. Təxminən bir o qədər də insan “Microsoft” korporasiyasının məlumatların saxlanılması üzrə klaut sisteminə etibar etdiklərini göstərib.

“Bild”də dərc olunmuş sorğuların nəticələri isə daha acınacaqlı olub. Sosioloqların məlumatına görə, respondentlərin 60 faizi sosial şəbəkənin demokratiyaya mənfi təsir göstərdiyini hesab edir.

Xatırladaq ki, ötən həftə sosial şəbəkə fəalları və blogerlər “Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.

Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin  50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here