Bizimsesimiz.info // Əvvəllər dedi-qodu kimi yayılan bu xəbər şirkət rəsmiləri tərəfindən təsdiqini tapıb.

“Facebook” yaxın günlərdə “Watch” (“Bax”) adlı yeni pəncərəsini təqdim etməyə hazırlaşır. “BuzzFeed”, “Tastemade”, ATTN ve “Conde Nast” tərəfindən hazırlanan məzmunlarla yanaşı, istifadəçilərini daha çox saytda saxlamağı düşünən sosial şəbəkə buna görə xüsusilə özü üçün hazırlanmış “Netfliks” tərzində videoməhsullar da yayımlayacaq. Əvvəlcə şou proqramlardan canlı idman yarışlarına qədər bir sıra verilişlər, həmçinin heç yerdə yayımlanmayan qısa roliklərə yer veriləcək.

“Facebook”un bu videomateriallar üçün hər bölməyə 5-20 min dollar arasında ödəniş edəcəyi bildirilir. Təfərrüatları açıqlanmasa da, bu istiqamətdə milyonlarla dollarlıq müqavilələrin də gündəmdə olduğu bildirilir.

“Facebook” televiziya kanalının avqustun 28-dən tam fəaliyyətə başlayacağı gözlənilir. // SalamNews

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here