Faeton planetimizin lap yanından keçəcək

Bizimsesimiz.info  // Nəhəng asteroid Faeton (Phaethon) 17 dekabrda planetimizin lap yanından – Yer kürəsinə 10 milyon kilometr məsafədən keçəcək.

Nəhəng asteroid planetimizə yaxınlaşması ilə Qeminid (Geminid) meteor yağışı da müşayiət ediləcək. “Meteor yağışlarının kralı” hesab edilən Qeminid (Əkizlər) yağışı 13-14 dekabr tarixlərində adi gözlə də görünə biləcək.

Alimlərin fikrinə görə, Faeton əvvəllər çox böyükmüş, amma dəfələrlə günəşə yaxınlaşması üzündən parçalanaraq ilk ölçüsündən kiçik olub.

Astronomlar asteroidin Yer kürəsi üçün heç bir təhdid yaratmayacağını bildiriblər.

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir