Bizimsesimiz.info xəbər verir ki, deputat qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedib:

“Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır. Mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmir işlərini başqa kontekstdə təqdim etməyə çalışırdılar. Guya ki, insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ etməlidir. Axı bu nə deməkdir? Heç Sovet dövründə də bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu. Bunu İctimai TV-nin efirində etmək daha zərərlidir. Az qalır ki, desinlər hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Müasir dövrdə “Molla Xəlil kimyagərlər” dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”. ( olke.az )

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here