Dekabrın 29-da Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin basketbol ictimaiyyəti ilə görüşü baş tutub.

Tədbirdə Federasiyanın rəyasət heyətinin üzvləri, məsul şəxsləri, müvafiq dövlət qurumlarının nümayəndələri, hakimlər, məşqçi-müəllimlər, yığma komandaların üzvləri iştirak ediblər.

Görüşdə çıxış edən Emin Əmrullayev ölkədə basketbol idman növü ilə bağlı mövcud vəziyyət, yeni mövsümə hazırlıq məsələləri və gələcəkdə görüləcək işlərdən danışıb.

Tədbirdə qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here