Bizimsesimiz.info // Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan quruculuğu rəhbərlərindən olduğu müəyyən edilən Faruk Yıldız həbs olunub.

Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Yıldız Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsindəki proseslərdən sonra Ankara Ədliyyə İdarəsinə gətirilib.

İstintaqı aparan respublika prokuroruna ifadə verən Yıldız həbs olunma tələbiylə məhkəməyə göndərilib.

Ankara məhkəməsi Yıldızın həbs olunmasına qərar verib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here