Kubanın sabiq lideri Fidel Kastronun oğlu Fidel Anxel Kastro Dias-Balart intihar edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun intihar etməsinə səbəb ağır depressiyada olması olub. Belə ki, Dias-Balart uzun müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdı.
Elmlər doktoru olan 68 yaşlı Dias-Balart həyatına qəsd etməzdən öncə məktub yazıb.
Qeyd edək ki, o, Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşavir və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here